​İraq apreldə neft ixracını artırıb

​İraq apreldə neft ixracını artırıb BVF İraqa 5,7 mlrd. dollar kredit verə bilər
Energetika
23 May , 2016 15:23
​İraq apreldə neft ixracını artırıb

Bakı. 23 may. REPORT.AZ/ OPEC təşkilatının ikinci böyük neft hasilatçısı olan İraq aprel ayında gündəlik neft ixracını martla müqayisədə 76 mln. barel və ya  2,3% artıraraq 3,363 mln. barelə çatdırıb. Bu barədə "Report" İraqın "State Oil Marketing Organization" (SOMO) dövlət şirkətinə istinadən xəbər verir. 

Belə ki, mart ayında İraqda orta gündəlik neft hasilatı 3,287 mln. barel olub. Ümumiyyətlə, apreldə İraq 100,9 mln. barel neft ixrac edib. Beləliklə, İraqın neft ixracından apreldə gəlirləri 3,368 mlrd. dollar, neftin orta qiyməti isə 33,38 dollar/barel təşkil edib. Martda isə ixrac gəliri 2,894 mlrd. dollar olub.

Hazırda İraq neft ehtiyatlarının həcminə görə dünyada 5-ci yeri tutur. Ölkə uzunmüddətli müharibələrdən sonra energetika sektorunu sürətlə inkişaf etdirir. Qeyd edək ki, yaxın günlərdə Beynəlxalq Valyuta Fondunun (BVF) İraqa büdcə kəsirini örtmək üçün 5,7 mlrd. dollar kredit verməsi gözlənilir. Belə ki, ölkənin 2016-cı il üçün büdcə kəsiri 21 mlrd. dollar həcmində proqnozlaşdırılır.

Son xəbərlər

Orphus sistemi