İranın neft naziri: "Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər"

İranın neft naziri: "Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər"
Energetika
48
15 Mart , 2018 14:14
İranın neft naziri: Rusiya OPEC+ anlaşmasından vaxtından əvvəl çıxa bilər

Bakı. 15 mart. REPORT.AZ/ "Neft hasilatının həcminin azaldılması ilə bağlı anlaşmanın əsas iştirakçılarından biri olan Rusiya anlaşmadan vaxtından əvvəl çıxa bilər." 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu İranın neft naziri Bican Namdar Zanqane deyib. 

Neft İxrac Edən Ölkələr Birliyinin (OPEC) anlaşmanın müddətini uzadıb-uzatmayacağı barədə suala cavabında B.N.Zanqane bildirib ki, Rusiyanın bu ilin sonuna qədər anlaşmada qalmaq istəyi görünmür. O, həmçinin qeyd edib ki, əgər belə olarsa, anlaşmaya dəyişikliklər edilməlidir. 

Xatırladaq ki, OPEC+ anlaşmasına əsasən, Rusiya gündəlik hasilatın həcmini 300 min barel, digər əsas neft hasilatçısı olan Səudiyyə Ərəbistanı isə 468 min barel azaltmaq öhdəliyini üzərinə götürüb.