İranda yeni neft yataqları kəşf edilib

İranda yeni neft yataqları kəşf edilib Həmçinin, NİOC 128 trln. kubfut qazın da kəşf olunduğunu bildirib
Energetika
14 Fevral , 2017 12:00
İranda yeni neft yataqları kəşf edilib

Bakı. 14 fevral. REPORT.AZ/ İran ümumilikdə 30 mlrd. barel neft ehtiyatı olan bir neçə yeni yataq kəşf edib. "Report" "Presstv.com" saytına istinadən xəbər verir ki, bu barədə İran Milli Neft Şirkəti (NİOC) məlumat yayıb. 

NİOC-un Neft-qaz kəşfiyyatı Departamentinin direktoru Seyyid Saleh Hendinin sözlərinə görə, kəşf olunan neft ehtiyatlarından 4,7 mlrd. bareli hasil oluna biləndir. O, həmçinin bu yataqlardan 128 trln. kubfut həcmində qazın da olduğunu bildirib: "Son 4 ildə yeni yataqların kəşf edilməsi daha çox qaz ehtiyatlarının mövcudluğunu, buna baxmayaraq, neft ehtiyatlarının o qədər də böyük olmadığını göstərib".

Qeyd edək ki, İran 157 mlrd. barel neft ehtiyatları ilə dünyanın 3-cü, qaz ehtiyuatlarının həcminə görə isə lider ölkəsidir. Xatırladaq ki, hazırda İran gündəlik 4 mln. barel neft hasil edir və bunun 1,5 mln. barelini özü istehlak edir.

Son xəbərlər

Orphus sistemi