Yuxarı
    Bağlamaq

    İran Türkiyəyə göndərdiyi qazın miqdarını və təzyiqini azaldıb

    Qaz nəqli müqavilədə nəzərdə tutulan gündəlik həcmin 1/10-i səviyyəsinə salınıb

    Bakı. 26 noyabr. REPORT.AZ/ İrandan Türkiyəyə nəql edilən təbii qazın təziyi və miqdarı azalıb.

    “Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, noyabrın 22-si saat 18:00-dan etibarən qaz nəqli müqavilədə nəzərdə tutulan gündəlik həcmin 1/10-i səviyyəsinə salınıb.

    Türkiyənin BOTAŞ şirkətinin açıqlamasına görə, İran Milli Qaz Şirkətindən (NİGC) noyabrın 22-də BOTAŞ-a göndərilən məktubda Mərgənlər Kompressor Stansiyasında texniki problem yarandığı və 72 saat ərzində problemin həll ediləcəyi, müqavilədəki öhdəliyin yerinə yetiriləcəyi bildirilib.

    Həmin müddətin başa çatmasına baxmayaraq qaz nəqlindəki problem aradan qaldırılmayıb.

    “Bu vəziyət ötən illərin qış aylarında İranın müqavilə öhdəliyini yerinə yetirmədiyi vaxtlara oxşar vəziyyət olaraq dəyərləndirilməkdədir. NİGC-ə yazılı bildiriş göndərilərək təbii qaz alqı-satqı öhdəliyinə əməl edilməsi istənilib. İranın təbii qaz tədarükündəki bu problemə görə yaranan çatışmazlıq yeraltı qaz anbarları, LNG terminalları və digər mənbələrdən həyata keçirilən tədarüklərlə aradan qaldırılır”, - deyə BOTAŞ-ın açıqlamasında qeyd edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi