İran "Total" şirkəti ilə neftin alışına dair saziş imzalayıb

İran "Total" şirkəti ilə neftin alışına dair saziş imzalayıb Saziş “Total” şirkətinə gündə 150-200 min barel neft alma imkanı verəcək
Energetika
4 Fevral , 2016 08:22
İran Total şirkəti ilə neftin alışına dair saziş imzalayıb

Bakı. 4fevral. REPORT.AZ/ Fransanın “Total” neft-qaz şirkəti xam neftin alışına dair İranın “NIOC” şirkəti ilə saziş imzalayıb.

"Report" "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, saziş “Total” şirkətinə gündə 150-200 min barel neft alma imkanı verəcək.

Qeyd edək ki, rəsmi Tehran hazırda İspaniya, İtaliya, Almaniya, Çexiya, Yunanıstan və Böyük Britaniya şirkətləri ilə də neftin alışına dair danışıqlar aparır

Son xəbərlər

Orphus sistemi