Bakı. 2 avqust. REPORT.AZ/ İran təbii qazını Azərbaycanın yeraltı qaz anbarlarında saxlamaq niyyətindədir.
"Report" "Mehr"ə istinadən xəbər verir ki, bu barədə İranın Milli Neft Şirkətinin direktoru Həmid Reza Araki bildirib.
Onun sözlərinə görə, bu məsələ ilə əlaqədar özəl şirkətlə danışıqlar aparılır. O vurğulayıb ki, hələlik hökumətlər səviyyəsində danışıqlar aparılmayıb.