Yuxarı

İran neft-qaz sektoruna 20 mlrd. dollardan artıq investisiya yatırılacağına ümid edir

Bu ölkədə geoloji kəşfiyyat üzrə işlər isə gələn ilin əvvəlində başlanılacaq

Bakı. 28 noyabr. REPORT.AZ/ İranın neft-qaz sektoruna yatırılan investisiyaların həcminin 20 mlrd. ABŞ dollarından artıq olacağına ümid edirik.

"Report" xəbər verir ki, bu barədə "Sputnik" agentliyinə İranın Milli Neft Şirkətinin rəhbəri Ruknuddin Cavadi bildirib.

Onun sözlərinə görə, artıq bir çox xarici şirkət İranın neft sektoruna investisiya yatırmaq istəyində olduğunu bildirib.

O, həmçinin qeyd edib ki, geoloji kəşfiyyat üzrə işlər isə gələn ilin əvvəlində başlanılacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi