"İran neft obyektlərinin təhlükəsizlik tədbirlərini gücləndirib".
"Report" TASS-a istinadən xəbər verir ki, bunu İranın neft naziri Bijan Nəmdar-Zəngənə jurnalistlərə bildirib.
Moskvada "Rusiya energetika həftəsi"ində iştirak edən nazir deyib: "Bəli, biz hər zaman çox ehtiyatlı olmalıyıq. Ümid edirəm ki, Fars körfəzi bölgəsindəki ölkələr təkcə didişmələri artırmamaq yox, həm də regionda didişmələri azaltmaq müdrikliyinə malikdirlər".