İran neft hasilatının həcminin azaldılmasına dair anlaşmanın müddətinin 9 ay uzadılmasına razıdır

İran neft hasilatının həcminin azaldılmasına dair anlaşmanın müddətinin 9 ay uzadılmasına razıdır Bu xəbər neftin qiymətinin artmasına səbəb olub
Energetika
17 May , 2017 15:30
İran neft hasilatının həcminin azaldılmasına dair anlaşmanın müddətinin 9 ay uzadılmasına razıdır

Bakı. 17 may. REPORT.AZ/ Mayın 24-25-də Avstriyanın paytaxtı Vyanada keçirilməsi gözlənilən OPEC-ə üzv və üzv olmayan neft hasilatçısı ölkələrinin növbəti sammitində İran tərəfinin hasilatın azalması ilə bağlı anlaşmanın müddətinin 9 ay uzadılmasına etiraz etməyəcəyi gözlənilir. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, rəsmi Tehran İraq bu təşəbbüsdə iştirak edəcəyi halda anlaşmanın müddətinin artırılmasına razılıq verəcəyini bəyan edib. 

Məlumata görə, neft istehsalçıları "qara qızıl" bazarında vəziyyətin sabitləşməsində həqiqətən maraqlıdır. Onları daha çox maraqlandıran məsələ isə yaxın illərdə neft təchizatının etibarlılığını təmin etməkdir.

Qeyd edək ki, mayın 15-də Rusiya və Səudiyyə Ərəbistanı neft hasilatının azaldılması ilə bağlı anlaşmanın müddətinin 2018-ci ilin mart ayının sonuna qədər artırmaq barədə razılıq əldə ediblər. Həm bu xəbər, həm də ABŞ-ın neft ehtiyatlarının həcminin azalması barədə xəbər dünya bazarında qiyməti 51,05 dollar/barelə düşən "Brent" markalı neftin 51,75 dollar/barelə qədər bahalaşmasına səbəb olub. 

Son xəbərlər

Orphus sistemi