Bakı. 1 oktyabr. REPORT.AZ/ ABŞ-ın yeni sanksiyalar tətbiq edəcəyii lə bağlı təhdidinə baxmayaraq, İran neft hasilatının həcmini azaltmağı planlaşdırmır.
“Report” xəbər verir ki, bu barədə İranın Milli Neft Şirkətinin (NIOC) rəhbəri Ali Kardor “Tasnim” agentliyinə bildirib.
“İran bütün imkanlarını istifadə edərək hasilata davam edəcək və satılan neftə görə əldə olunan vəsaitin alınmasında problem olmayacaq. İran Xarici İşlər Nazirliyinin Avropa İttifaqı ilə sazişin imzalanması üçün təklif etdiyi cəhdlər bu problemi həll etmək üçün müxtəlif yollar yaratmaq məqsədi daşıyır",- NIOC rəhbəri söyləyib.