İran neft hasilatı ilə bağlı açıqlama verib

İran neft hasilatı ilə bağlı açıqlama verib İran hasilatı 3,8 mln. barel/gün səviyyəsində dondura bilər
Energetika
15 Mart , 2017 19:56
İran neft hasilatı ilə bağlı açıqlama verib

Bakı. 15 mart. REPORT.AZ/ OPEC təşkilatında 3-cü ən böyük neft hasilatçısı olan İran gündəlik neft hasilatını hazırda hasil etdiyi 3,8 mln. barel səviyyəsində donduracağını bildirib. 

"Report" TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə açıqlama İranın neft naziri Bican Namdar Zanqane tərəfindən İRNA agentliyinə verilib. 

Nazir deyib ki, OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələr hasilatın azaldılması ilə bağlı iyun ayında müddəti bitən 30 noyabr Vyana anlaşmasının vaxtını daha 6 ay uzadarsa İran hasilatı dondurmağa hazırdır.

Xatırladaq ki, OPEC-in rəsmi hesabatına görə, İran fevral ayında gündəlik 3,8 mln. barel neft hasil edib. Nazir isə öz növbəsində bir qədər əvvəl mart ayında ölkəsinin neft hasilatını 4 mln. barel/günə çatdıracağını deyib. 

Son xəbərlər

Orphus sistemi