İran hökuməti: Neft hasilatının azaldılmasına dair danışıqlar nəticəsiz qala bilər

İran hökuməti: Neft hasilatının azaldılmasına dair danışıqlar nəticəsiz qala bilər Hazırda OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair şərtlər razılaşdırılmadığı üçün OPEC+ formatının iştirakçısı olan ölkələr arasında aprelin 9-na nəzərdə tutulan videokonfrans nəticəsiz qala bilər.
Energetika
8 Aprel , 2020 17:58
İran hökuməti: Neft hasilatının azaldılmasına dair danışıqlar nəticəsiz qala bilər

Hazırda OPEC ölkələri arasında neft hasilatının azaldılmasına dair şərtlər razılaşdırılmadığı üçün OPEC+ formatının iştirakçısı olan ölkələr arasında aprelin 9-na nəzərdə tutulan videokonfrans nəticəsiz qala bilər. 

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İranın neft naziri Bijan Nəmdar Zəngənə OPEC konfransının prezidenti, Əlcəzairin enerji naziri Məhəmməd Ərkaba göndərdiyi məktubunda bildirib:

"Belə ki, aprelin 6-da OPEC katibliyi tərəfindən OPEC+ ölkələrinə yaxın aylarda bazarın inkişafına dair göndərdiyi proqnozda bazarı sabitləşdirmək üçün hasilatı konkret olaraq nə qədər azaltmağın lazım gələcəyi göstərilməyib. Belə təxmini, qeyri-konkret yanaşma ilə, dəqiq razılaşmalar əldə edilmədən OPEC+ görüşü nəticəsiz qalacaq". 

İranlı nazir hasilatın nə qədər və hansı səviyyəyə nisbətən azaldılacağı, ABŞ və Kanadanın, habelə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın azaldılmasındakı payı nə qədər olacağı bəlli olmadan keçiriləcək görüş nəticəsində neft bazarında daha da mənfi proseslərin ortaya çıxacağını diqqətə çatdırıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində hasilatın azaldılmasına dair razılaşmanın müddətini Səudiyyə Ərəbistanı ilə Rusiya arasında mövqe ziddiyyətləri səbəbindən uzatmaq mümkün olmayıb və OPEC ölkələri hasilatı artırmağa başlayıb. Eyni zamanda koronavirus pandemiyası ilə bağlı neftə tələbatın da xeyli azalması ilə son 20 il ərzində ilk dəfə olaraq neftin qiyməti 22 ABŞ dollarınadək azalıb.

Bunu nəzərə alaraq, OPEC+ formatının iştirakçısı olan ölkələr arasında 6 aprel tarixinə təyin olunmuş görüş sonra ayın 9-na keçirilib. Ayın 10-da isə G20 ölkələri enerji nazirlərinin təcili görüşü keçiriləcək.

Son xəbərlər

Orphus sistemi