İran hər ölkəyə fərdi kvota tətbiq edilməsini istəyir

İran hər ölkəyə fərdi kvota tətbiq edilməsini istəyir Əlcəzair sammitinin nəticəsi İran və Səudiyyə Ərəbistanının razılaşmasından asılıdır
Energetika
27 Sentyabr , 2016 10:50
İran hər ölkəyə fərdi kvota tətbiq edilməsini istəyir

Bakı. 27 sentyabr. REPORT.AZ/ İran neft hasil edən ölkələrin gündəlik hasilat kvotasına fərdi yanaşılmasını təklif edir. 

"Report" xəbər verir ki, bu barədə İranın həftəlik "Səda" jurnalının baş redaktoru Rza Zandi hökumət mənbələrinə istinadən bildirib. 

Onun sözlərinə görə, ölkəsi OPEC-in gündəlik hasilatının 12,7%-ni və yaxud 4,173 mln. barelini təmin etməkdə maraqlıdır. Bu təklif nəzərə alınarsa, digər üzv ölkələr hasilatı son 12 üzrə minimal həddə qədər azaltmalıdır. Bundan başqa, İran təklif edir ki, OPEC ölkələri hasilatı azaltdıqdan sonra 1 il ərzində onu yenidən artırmayacaqları barədə öhdəlik götürməlidir. 

İranli ekspertin hesablamalarına görə, OPEC-ə daxil olmayan neft hasilatçısı ölkələri də hasilatı azaltmağa razı olsalar, o zaman dünya üzrə gündəlik neft hasilatını 1 mln. barel azaltmaq mümkün olar bilər.

Xatırladaq ki, "Wall Street Journal" nəşrinin yazdığına görə, Səudiyyə Ərəbistanı və İran neft hasilatı kvotasının müəyyənləşdirilməsində ortaq məxrəcə gələ bilmirlər. Bu da Əlcəzair sammitində nəticə əldə olunmasını çətinləşdirir. Belə ki, İran tərəfi kvotanı müəyyənləşdirmək üçün milli statistikaya əsaslanmağı təklif edərkən, Səudiyyə Ərəbistanı müstəqil ekspertlərin fikrinə əsaslanmalı olduğunu bəyan edir. Bəzi OPEC üzvləri isə ümumiyyətlə digər ölkələrin milli statistikasına inanmır.

"Thomson Reuters" agentliyinin əmtəə bazarları üzrə baş redaktoru Aleksandr Yerşova görə isə, neft hasil edən ölkələr qiymətlərin artmasını arzulasa da, bazar paylarını itirmək istəmirlər. Onun fikrincə, bu məsələrə istənilən müsbət açıqlama neftin qiymətinin artmasına səbəb ola bilər. 

Son xəbərlər

Orphus sistemi