Bakı. 17 oktyabr. REPORT.AZ/ "İranın neft və qaz sahələrinin inkişaf etdirilməsində ABŞ şirkətləri ilə çalışa bilərik".
"Report" "Mehrnews.com" saytına istinadən xəbər verir ki, bu açıqlamanı İranın neft naziri Bican Zəngane Tehranda Cənubi Koreyanın torpaq, infrastruktur və nəqliyyat naziri Kanq Ho-İnlə görüşdə verib.
İran naziri bildirib ki, "Amerika şirkətlərinin bizim Avropa şirkətləri ilə münasibətlərimizdən narahat olmaması üçün gəlib İranda mənfəət əldə edə bilərlər. ABŞ-la neft-qaz sektorunda çalışmaq üçün heç bir problem yoxdur".
Cənubi Koreyalı həmkarı ilə neft və qaz kondensatı satışını müzakirə edən Zəngane ödənişin avroda olacağını bildirib. Həmçinin iranlı nazir Cənubi Koreyanın İran neft sektoruna birbaşa yatırım etmək istədiyini vurğulayıb.