İran ABŞ-ın neft sanksiyalarından yayınmaq üçün mexanizm yaradır

İran ABŞ-ın neft sanksiyalarından yayınmaq üçün mexanizm yaradır Bakı. 1 oktyabr. REPORT.AZ/ İran ABŞ sanksiyalarından yayınmaq üçün tərəfdaşları ilə neft alış-verişinin ikitərəfli mexanizmlərini yaradır.
Energetika
1 Oktyabr , 2018 15:19
İran ABŞ-ın neft sanksiyalarından yayınmaq üçün mexanizm yaradır
0 : 00
0 : 00

Bakı. 1 oktyabr. REPORT.AZ/ İran ABŞ sanksiyalarından yayınmaq üçün tərəfdaşları ilə neft alış-verişinin ikitərəfli mexanizmlərini yaradır.

“Report” xəbər verir ki, bu barədə “Ria Novosti”yə İran xarici işlər nazirinin müavini Abbas Araqçı bildirib.

“Biz ikitərəfli mexanizmlər yaratmaq üçün bütün tərəfdaşlarımızla, yəni neft ortaqlarımız və başqaları ilə də danışıqlar aparırıq. Hələ İranın nüvə proqramına dair Müştərək Əhatəli Fəaliyyət Planı tətbiq olunana qədərki sanksiyalarla bağlı yaxşı təcrübəmiz olduğunu bilirik, belə razılaşmaların necə işləyə biləcəyini də bilirik. İndi yenidən danışıqlar aparırıq və bunların öhdəsindən gələcəyimizə əminəm”, - A.Araqçı bildirib.

İran rəsmisi neft ixracatını davam etdirmələri üçün müxtəlif fikirlərin olduğunu qeyd edib: “Əvvəla, tədiyə sistemini nizamlamalıyıq. Bunun da müxtəlif yolları var. Bəzi neft idxalçıları olan tərəfdaşlarımızla neft satışı və pul ödənişləri barədə ikitərəfli razılığa gəlmişik”.

Qeyd edək ki, bu il may ayında ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramına dair sazişi birtərəfli tərk etdiklərini və bu ölkəyə qarşı bütün əvvəlki sanksiyaları bərpa etdiklərini bildirmişdi.

Son xəbərlər

Orphus sistemi