İran 2021-ci ilə qədər neft hasilatını 50% artırmağı planlaşdırır

İran 2021-ci ilə qədər neft hasilatını 50% artırmağı planlaşdırır İslam Respublikası həmçinin yaxın 4 ildə qaz hasilatını 2,5 dəfə artırmaq istəyir
Energetika
11 İyul , 2017 17:54
İran 2021-ci ilə qədər neft hasilatını 50% artırmağı planlaşdırır

Bakı. 11 iyul. REPORT.AZ/ İran 2021-ci ilə qədər gündəlik neft hasilatının həcmini təxminən 50% artıraraq 5,7 mln. barelə çatdırmağı planlaşdırır.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə İranın neft nazirinin müavini Əmir Hüseyn Zamaniyiyə məlumat verib. 

İstanbulda (Türkiyə) keçirilmiş XXII Dünya Neft Konqresində açıqlama verən nazir müavini bildirib ki, ölkəsi həmçinin təbii qaz hasilatını da artırmaq istəyir: "2021-ci ilin sonuna qədər İran gündəlik 1,65 mlrd. kubmetr qaz hasil edəcək". 

Qeyd edək ki, hazırda İranın gündəlik neft hasilatı 3,9 mln. barel, gündəlik qaz hasilatı isə 2016-cı ilin yekununa görə 0,62 mlrd. kubmetrdir.

Son xəbərlər

Orphus sistemi