İran 2021-ci ilə qədər neft hasilatını 5,8 mln. barel/günə yüksəldəcək

İran 2021-ci ilə qədər neft hasilatını 5,8 mln. barel/günə yüksəldəcək ​Moxsen Qamsari: İran sanksiyadan əvvəlki neft bazarındakı payının 80%-ni qaytarıb
Energetika
11 İyul , 2016 21:11
İran 2021-ci ilə qədər neft hasilatını 5,8 mln. barel/günə yüksəldəcək

Bakı 11 iyul. REPORT.AZ/ İran hazırda ona 2012-ci ildə tətbiq olunmağa başlanılan sanksiyalardan əvvəl sahib olduğu bazar payının 80 %-ni geri qaytarıb.

"Report" xəbər verir ki, bu barədə İran Milli Neft Şirkətinin (NİOC) beynəlxalq əlaqələr üzrə direktoru Moxsen Qamsari "Bloomberg" agentliyinə müsahibəsində bildirib. 

Onun sözlərinə görə, İran sanksiyalardan əvvəlki səviyyədə bazar payını geri qaytarmaq üçün hasilatı və ixracıə artırmağı planlaşdırır. O, 2016-cı ildə təklifin artmasına baxmayaraq, neft bazarının sabit olacağını qeyd edib və qiymətlərin bu il 30 dollar/barel səviyyəsinə geriləməsinə az ehtimal verdiyini deyib.

Direktorun fikrincə, İran hazırda gündəlik 3,8 mln. barel neft hasil edir və bunun 2 mln. barelini xaricə satır. Moxsen Qamsari perspektivdə İranın ixracı 4 mln. barel-günə artacağının mümkünlüyünü xatırladıb. 

"Bloomberg" agentliyinə görə, İran 2021-ci ilə qədər hasilatı 5,8 mln. barel/günə yüksəldəcək. İlin əvvəlindən bu ölkədə hasilat 25% artıb.

Xatırladaq ki, bu ilin yanvar ayında İran üzərində olan sanksiyaların əsas hissəsi ləğv edilib.

Son xəbərlər

Orphus sistemi