İqor Seçin: “Rosneft” bəzi xərclərini optimallaşdıracaq”
- 12 may, 2020
- 11:57
Neft bazarında yaranmış dramatik vəziyyəti nəzərə alaraq, “Rosneft” şirkəti bəzi kapital xərclərini 750 mlrd. rubla (10,250 mlrd. ABŞ dolları) qədər azaltmağı planlaşdırır.
“Report”un Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “Rosneft” şirkətinin icraçı direktoru İqor Seçin ölkə başçısı Vladimir Putinlə görüşündə bildirib.
Rusiya prezidenti ilə neft sanayesindəki vəziyyəti müzakirə edən İ.Seçin qeyd edib ki, 2019-cu ildə bu rəqəm 950 mlrd. rubl (12,97 mlrd. ABŞ dolları) təşkil edib: “Neft bazarında yaranmış, belə deyək ki, dramatik vəziyyətlə, həmçinin hasilatın azaldılması ilə bağlı qəbul edilmiş qərar, bizi kapital xərclərimizi optimallaşdırmağa vadar edir. Biz çalışacağıq ki, şirkətin investisiya proqramını 750 milyard rubl səviyyəsində saxlayaq. Yəni xərclərimizi təqribən 200 milyard rubl azaldacağıq”, - deyə İ.Seçin vurğulayıb.