İndoneziya OPEC-ə qayıtmaq niyyətindədir

İndoneziya OPEC-ə qayıtmaq niyyətindədir İndoneziya Neft İxracatçı Ölkələri Təşkilatında üzvlüyünü bərpa etmək niyyətindədir
Energetika
7 May , 2015 12:18
İndoneziya OPEC-ə qayıtmaq niyyətindədir

Bakı. 7 may. REPORT.AZ/ İndoneziya Neft İxracatçı Ölkələri Təşkilatında (OPEC) üzvlüyünü bərpa etmək niyyətindədir. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın energetika və mineral resursları naziri Sudirman Səid bildirib. 

Nazir qeyd edib ki, OPEC-ə üzvlüyü bərpa etmək üçün ölkə prezidentindən bunu təsdiq etməyi xahiş edəcək: "Mən prezidentdən təşkilatda üzvlüyün bərpası ilə bağlı məsələni nəzərdən keçirməyi xahiş edəcəyəm. Bizə geri dönmək təklif olunub".

Cənub-Şərqi Asiyada OPEC-in yeganə üzvü olan İndoneziya təşkilatı 2008-ci ilin sonlarında tərk edib. Bunun səbəbi ölkəyə neft idxalının ixrac həcmindən çox olması olub. 

Nazir bildirib ki, iyunun əvvəllərində müşahidəçi qismində OPEC-in içində iştirak etməyə hazırlaşır. 

Son xəbərlər

Orphus sistemi