Yuxarı

İndoneziya nümayəndə heyəti Azərbaycanla enerji əməkdaşlığının genişləndirilməsini müzakirə edəcək

Nümayəndə heyətinə energetika və mineral resurslar naziri rəhbərlik edəcək

Bakı. 7 may. REPORT.AZ/ İndoneziyanın energetika nazirinin rəhbərlik etdiyi rəsmi nümayəndə heyəti yaxın vaxtlarda Azərbaycana səfər edəcək. "Report" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə İndoneziyanın energetika və mineral resurslar naziri Sudirman Səid  bildirib. 

Nazir qeyd edib ki, yaxın zamanlarda nümayəndə heyəti Küveyt, Azərbaycan, Rusiya və İraqa səfər edəcək və enerji əməkdaşlığının genişləndirilməsi perspektivləri, eləcə də enerji təchizatının həyata keçirilməsi imkanlarını müzakirə edəcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi