​İmişli və Sabirabadın bir neçə kəndinə ilk dəfə qaz verilib

​İmişli və Sabirabadın bir neçə kəndinə ilk dəfə qaz verilib Tədbirdə rayon icra hakimiyyəti və "Azəriqaz" İB-nin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
29 İyun , 2015 13:46
​İmişli və Sabirabadın bir neçə kəndinə ilk dəfə qaz verilib

Bakı. 29 iyun. REPORT.AZ/ İmişli rayonunun Əliqulular kəndinə təbii qazın verilməsi münasibəti ilə tədbir keçirilib. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib. Tədbirdə rayon icra hakimiyyəti və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

342 abonenti olan kəndin qazlaşdırılması üçün birpilləli sistem əsasında uzunluğu 31 908 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, hər bir abonentə sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Həmçinin Sabirabad rayonunun Ağtaçı Muğan, Güdəcühür, Dadaşbəyli və Osmanlı kəndlərinə ilk dəfə təbii qaz verilib. Məlumata görə, 475 abonenti olan Ağtaçı Muğan kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 34 941 metrlik müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 475 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 361 abonenti olan Güdəcühür kəndinin qazlaşdırılması üçün uzunluğu 29 655 metr olan daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 361 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. Dadaşbəyli kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında 22 522 metrlik polietilen və uzunluğu 22 867 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 253 abonentin hər birinə sayğac və fərdi tənzimləyici quraşdırılıb. Osmanlı kəndinin 266 abonentinin qazlaşdırılması üçün də uzunluğu 22 702 metr olan metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 266 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi