​İmişli rayonunun iki kəndinə təbii qaz verilib

​İmişli rayonunun iki kəndinə təbii qaz verilib Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər
Energetika
22 İyul , 2015 17:24
​İmişli rayonunun iki kəndinə təbii qaz verilib

Bakı. 22 iyul. REPORT.AZ/ İyulun 22-də İmişli rayonunun Şahverdili və Göbəktala kəndlərinə ilk dəfə olaraq təbii qazın verilişi münasibətilə tədbirlər keçirilib. Bu barədə “Report”a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

Tədbirlərdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər

Məlumata görə, 298 abonenti olan Şahverdili kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 20 065 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 298 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb. 322 abonenti olan Göbəktala kəndinin qazlaşdırılması üçün birpilləli sistem əsasında ümumi uzunluğu 23 407 metr müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, 322 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

Son xəbərlər

Orphus sistemi