Yuxarı
    Bağlamaq

    İMF: Yaxın 5 ildə neftin qiyməti 60 dolları keçməyəcək

    Gələn il neftin orta qiyməti 51 dollar/barel təşkil edəcək

    Bakı. 19 oktyabr. REPORT.AZ/ Dünya bazarında neftin qiyməti 2021-ci ilə qədər 60 dollar/barel səviyyəsini keçməyəcək. 

    "Report"un RİA "Novosti" agentliyinə istinadən verdiyi xəbərə görə, bu məlumat Beynəlxalq Valyuta Fondunun (İMF) Yaxın Şərq və Orta Asiya regionu iqtisadiyyatı ilə bağlı bu gün dərc edilən hesabatında verilib.

    Xatırladaq ki, İMF-in bundan əvvəlki hesabatında neftin 1 barelinin qiymətinin 2021-ci ilə qədər 50 dollar səviyyəsini keçməyəcəyi ehtimal edilib. Yeni hesabatda həmçinin bildirilib ki, neftin orta qiyməti 2016-cı ildə 43 dollar/barel səviyyəsindən 2017-ci ildə 51 dollar/barelə yüksələcək. Fondun ekspertləri hesab edirlər ki, neftin qiyməti üzrə proqnozların dünya iqtisadiyyatındakı qeyri-müəyyənliklər səbəbindən azaldılıb-artırılması mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi