İlk yarımillikdə 204 hündürmərtəbəli binaya qaz verilib

İlk yarımillikdə 204 hündürmərtəbəli binaya qaz verilib Bu isə ümumilikdə 10 139 mənzili əhatə edir
Energetika
4 İyul , 2017 10:38
İlk yarımillikdə 204 hündürmərtəbəli binaya qaz verilib

Bakı. 4 iyul. REPORT.AZ/ Bu ilin yanvar-iyun ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi hüquqi və fiziki şəxslərin müraciətlərini araşdırıraq müvafiq sənədlərini təqdim etmiş 204 çoxmərtəbəli binanın qazını açıb.

“Report” İB-yə istinadən xəbər verir ki, bu isə ümumilikdə, 10 139 mənzili əhatə edir. “Ümumiyyətlə, İB qazın satışı ilə məşğul olan bir qurum olaraq zəruri sənədləri təqdim etmiş, bütün normativ-texniki və təhlükəsizlik tələblərinə cavab verən istənilən çoxmərtəbəli binaya ən qısa müddətdə qaz açılmasının təmin olunmasında hər zaman maraqlıdır”, - deyə məlumatda qeyd olunub.

Son xəbərlər

Orphus sistemi