İlin sonunda “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlanılacaq

İlin sonunda “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlanılacaq “Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə ilin sonunda başlanması planlaşdırılır.
Energetika
13 May , 2019 17:32
İlin sonunda “Şəfəq-Asiman” strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə başlanılacaq

“Şəfəq-Asiman” perspektiv strukturunda ilk kəşfiyyat quyusunun qazma işlərinə ilin sonunda başlanması planlaşdırılır.

“Report” xəbər verir ki, bu barədə “BP-Azerbaijan” şirkətinin hesabatında qeyd edilib.

“Şəfəq-Asiman blokunda ilk kəşfiyyat quyusunun planlaşdırılması işləri davam edir. Bu ilin sonlarında qazma işlərinə başlanması nəzərdə tutulur”, - məlumatda qeyd edilib.

Qeyd edək ki, “Şəfəq-Asiman” bloku üzrə müqavilə 2010-cu ilin oktyabrında imzalanıb. BP və SOCAR arasında imzalanan bu müqavilə 30 ili əhatə edir.

Müqavilədə şirkətlərin hər birinin payı 50%-dir. Blok Bakıdan 125 km cənub-şərqdə yerləşir. Burada qaz ehtiyatları olduğu ehtimal edilir.

Son xəbərlər

Orphus sistemi