Yuxarı

İlham Əliyev: Neft hasilatının azaldılmasına dair saziş 2018-ci ildən sonra da uzadılmalıdır

İlham Əliyev: Neft hasilatının azaldılmasına dair saziş 2018-ci ildən sonra da uzadılmalıdır
Hesab edirik ki, OPEC və qeyri-OPEC formatı davam etməlidir

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı hesab edir ki, OPEC-ə daxil olan və olmayan ölkələrin (OPEC+) hasilatın azaldılmasına dair sazişi 2018-ci ildən sonra uzadılacaq.

“Report” xəbər verir ki, bunu RİA "Novosti"yə Azərbaycan Prezidenti İlham Əliyev deyib.

"Hesab edirik ki, OPEC və qeyri-OPEC formatı davam etdiriləcək. O davam etməlidir. İndi yaxşı ki, onu ilin sonuna qədər uzatdılar. Lakin mən düşünürəm ki, ondan sonra da uzatmaq lazım gələcək", - deyə İlham Əliyev bildirib.

İlham Əliyev xatırladıb ki, Bakı neftin qiymətlərinin sabitləşdirilməsi üzrə OPEC+ sazişini dəstəkləyir və hətta hasilatın azaldılmasına dair öhdəliklərini artıqlaması ilə yerinə yetirir:

"Biz həmişə hasilatın azaldılmasını dəstəkləmişik və dəstəkləyirik və öz öhdəliklərimizi yerinə yetiririk. Hətta artıqlaması ilə yerinə yetiririk".

Dövlət başçısı əlavə edib ki, çərşənbə axşamı Davosda OPEC-in baş katibi Məhəmməd Barkindo ilə görüşdüyünü əlavə edib:

"O bizim öz öhdəliklərini yerinə yetirən ölkə kimi rolumuzu yüksək qiymətləndirib və OPEC və qeyri-OPEC-in yaxışlaşmasında mühüm rol oynadığımızı bildirib", - deyə Azərbaycan prezidenti söyləyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi