Prezident İlham Əliyev: “Azərbaycan neft hasilatını yenə də azaltmağa hazırdır” - YENİLƏNİB

Prezident İlham Əliyev: “Azərbaycan neft hasilatını yenə də azaltmağa hazırdır” - YENİLƏNİB “Azərbaycan sutkalıq hasilatı 35 min barrel azaladacağına dair öhdəlik götürüb və bunu yerinə yetirəcək”
Energetika
19 Yanvar , 2017 12:30
Prezident İlham Əliyev: “Azərbaycan neft hasilatını yenə də azaltmağa hazırdır” - YENİLƏNİB

*** 12:12

Bakı. 19 yanvar. REPORT.AZ/ “OPEK-ə üzv dövlətlər və kartelə daxil olmayan ölkələr tərəfindən qərar qəbul ediləcəyi halda, Azərbaycan  neft hasilatını yenə də azaltmağa hazırdır”.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Davosda bildirib.

Dövlət başçısı qeyd edib ki, Azərbaycan sutkalıq hasilatı 35 min barrel azaldacağına dair öhdəlik götürüb və bunu yerinə yetirəcək: “Bu istiqamətdə proses artıq başlayıb. Biz OPEK-in və OPEK daxil olmayan dövlətlərin iclaslarına dəvət olunmuşuq və iştirak etmişik. Ona görə də öhdəliklərimizi yerinə yetirəcəyik. Hələlik biz hasilatı 35 min barel azaltmışıq. Ardına sonra baxacağıq. Əgər hasilatın ixtisarı ilə bağlı əlavə qərar qəbul edilərsə, onda təbii ki biz də onu dəstəkləyəcəyik. Çünki həmrəy olduğumuzdan bu prosesdə də gərək bütün iştirakçılar səmimi olsunlar”.

Son xəbərlər

Orphus sistemi