Yuxarı
    Bağlamaq

    ​İki rayonun daha 3 kəndinə təbii qaz verilib

    Ümumilikdə, 960 abonent qazla təmin olunub

    Bakı. 18 sentyabr. REPORT.AZ/ Bu gün Kürdəmir və Bərdə rayonlarının daha üç kəndinə təbii qaz verilib. "Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ümumilikdə, 960 abonent qazla təmin olunub.

    Bu münasibətlə Kürdəmir rayonunda keçirilmiş mərasimdə qeyd olunub ki, 210 abonenti olan Ərəbxana kəndinin qazlaşdırılması məqsədilə birpilləli sistem əsasında 27 906 metr uzunluğunda müxtəlif diametrli metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 210 ədəd sayğac və fərdi tənzimləyici quraşdırılıb.

    Bərdə rayonunun Alpout və Qarayusifli kəndlərinə də təbii qazın verilişi münasibətilə tədbir keçirilib. Bildirilib ki, ümumilikdə, 750 abonenti olan kəndlərin qazlaşdırılması zamanı 47 019 metrlik müxtəlif diametrli qaz xətləri quraşdırılıb, hər bir abonent sayğac və fərdi tənzimləyicilərlə təchiz edilib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi