Azərbaycan təbii qazını Bolqarıstana nəql edəcək Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (İnterconnector Greece – Bulgaria; IGB) tikintisində sürətli mərhələ qaz nəqli sazişlərinin imzalanmasından və Avropa tənzimləyici qurumlarının tələbləri yerinə yetirildikdən sonra başlayacaq.
Bu barədə “Report”a bildirən “
Xatırladaq ki, Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz" qaz-kondensat yatağının istismarının ikinci mərhələsi çərçivəsində hasil olunacaq təbii qazın Bolqarıstana nəqli məqsədilə inşa olunacaq IGB Trans Adriatik Boru Kəmərinə (TAP) birləşdiriləcək. IGB vasitəsilə “Şahdəniz-2” yatağından Bolqarıstana ildə 1 milyard kubmetr təbii qazın tədarükünə dair “Bulqarqaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycandan idxal hesabına Bolqarıstan qaz ehtiyaclarının 25-30 faizini ödəyəcək. Məcmu investisiya dəyəri 220 milyon avro olan IGB kəmərinin 2020-ci ilin ikinci yarısında hazır olacağı gözlənilir. Ümumi uzunluğu 182 kilometr, o cümlədən Bolqarıstan ərazisində 150 kilometr olan kəmərin nəqletmə gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.