İEA Yaxın Şərqdən neft tədarükündə mümkün fasilələrə qarşı tədbir görəcək

İEA Yaxın Şərqdən neft tədarükündə mümkün fasilələrə qarşı tədbir görəcək Beynəlxalq Enerji Agentliyi (İEA) Hörmüz boğazında bu yaxınlarda Böyük Britaniyaya məxsus tankerin yoxa çıxması və bənzər hadisələri diqqətlə izləyir.
Energetika
22 İyul , 2019 20:23
İEA Yaxın Şərqdən neft tədarükündə mümkün fasilələrə qarşı tədbir görəcək

Beynəlxalq Enerji Agentliyi (İEA) Hörmüz boğazında bu yaxınlarda Böyük Britaniyaya məxsus tankerin yoxa çıxması və bənzər hadisələri diqqətlə izləyir.

“Report” TASS-a istinadən xəbər verir ki, neft tədarükündə hansısa fasilələr yaranacağı təqdirdə, təşkilat neft ehtiyatlarını işə salmağa hazır olduğunu açıqlayıb.

“İEA ölkələri 1,55 milyard barel həcmində neft ehtiyatlarına malikdir. Daha 650 milyon barel həcmində sənaye ehtiyatları da lazım gələrsə, istifadə oluna bilər. Həmin bu fövqəladə ehtiyatlar Hörmüz boğazından neft tədarükünü hər hansı fasilənin yerini uzun müddət ərzində doldurmaq üçün kifayətdir”, - təşkilatdan bildiriblər.

Dünya neft ticarətində mühüm tranzit yollarından biri olan Hörmüz boğazından gündə 20 milyon barelədək, yəni dünya tədarükünün 20 faizinədək həcmdə neft, dünya maye qaz tədarükünün də dörddə birinədək həcmi daşınır.

Son xəbərlər

Orphus sistemi