İEA: 2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər

İEA: 2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər Qlobal neft istehlakının 70%-i Asiya regionunun payına düşəcək
Energetika
7 Mart , 2017 20:26
İEA: 2020-ci ildən sonra neft bazarında qıtlığ yarana bilər

Bakı. 7 mart. REPORT.AZ/ "Yeni layihələr həyata keçirilməsə, 2020-ci ildən sonra neft bazarı kəsirlə üzləşə bilər." 

"Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Beynəlxalq Energetika Agentliyinin (İEA) yenilənmiş 5 illik proqnoz hesabatında verilib. Hesabata görə, yaxın 3 ildə neft hamıya çatacaq. Belə ki, yaxın illərdə ABŞ, Kanada və Braziliyada hasilatın artması gözlənilir. 2015-2016-cı illərdə neft quyularının kəşfiyyatı daxil olmaqla sektora investisiya qoyuluşunun kəskin azalması tendensiyasının bu il də davam etməsi proqnozlaşdırılır.

İEA-nın hesabatına görə, 2019-cu ildə neftə tələbin 100 mln. barel/günü ötməsi, 2022-ci ilə qədər isə 104 mln. barel/günə çatması ehtimal edilir. Tələb əsasən inkişaf etməkdə olan ölkələrdən olacaq və qlobal neft istehlakının 70%-i Asiya bölgəsinin payına düşəcək. 

İEA-nın rəhbəri Fatih Birol bildirib ki, biz ABŞ-da hasilatın artması dalğasının ikinci mərhələsinə daxil olmuşuq: "Bunun nə qədər davam edəcəyi qiymətlərdən asılı olacaq. Əgər neftin qiyməti 80 dollar/barelə çatsa, ABŞ-da gündəlik neft hasilatı 3 mln. barel arta bilər. Əgər qiymətlər 50 dollar/bareldə qalsa ABŞ-da 2020-ci ildən sonra hasilat azalmağa başlayacaq."

Son xəbərlər

Orphus sistemi