İEA-nın 2019-2020-ci illər üçün neftə tələbatın artımına dair proqnozu dəyişməyib

İEA-nın 2019-2020-ci illər üçün neftə tələbatın artımına dair proqnozu dəyişməyib Beynəlxalq Enerji Agentliyi (İEA) 2019-cu və 2020-ci illər üçün neftə tələbatın artımına dair proqnozunu müvafiq olaraq gündəlik 1,1 milyon barel və ya 1,3 milyon barel səviyyəsində saxlayıb.
Energetika
12 Sentyabr , 2019 15:01
İEA-nın 2019-2020-ci illər üçün neftə tələbatın artımına dair proqnozu dəyişməyib

Beynəlxalq Enerji Agentliyi (İEA) 2019-cu və 2020-ci illər üçün neftə tələbatın artımına dair proqnozunu müvafiq olaraq gündəlik 1,1 milyon barel və ya 1,3 milyon barel səviyyəsində saxlayıb.

“Report” təşkilatın sentyabr ayındakı hesabatına əsasən xəbər verir ki, bu ilin birinci yarısında tələbatın gündəlik artımı 0,5 milyon barel olaraq iyun ayında 1,2 milyon barel təşkil edib. 

"İlin ikinci yarısında iqtisadi ab-havanın pisləşməsi, ticarət qarşıdurmalarının artması gözlənilmədiyindən “2018-ci ilin aşağı baza səviyyəsi və neftin daha aşağı qiyməti fonunda tələbat artımı xeyli artıq olacaq”, – sənəddə qeyd olunur.

İyul ayında gündəlik tələbatın illik hesabla 1,3 milyon barelədək artdığı bildirilən hesabata görə, qeyri-OPEC ölkələrindən gündəlik neft təklifi cari ildəki 1,9 milyon barelə qarşı 2020-ci ildə 2,3 milyon barelə çatacaq ki, nəticədə OPEC ölkələrində neftə tələbatın azalması mümkündür: “Qeyri-OPEC ölkələrindən neft təklifinin artması ilə OPEC ölkələrindən tədarükə olan gündəlik tələbatı 2020-ci ilin birinci yarısında 28,3 milyon barelədək azalacaq ki, bu da cari ilin avqust ayı səviyyəsinə nisbətən 1,4 milyon barel azdır”.

Son xəbərlər

Orphus sistemi