Yuxarı
    Bağlamaq

    İEA: 2017-ci ilin ilk yarısında dünya neft ehtiyatları 50% azalacaq

    Neft ehtiyatları 2017-ci ildə gündəlik 760 min barel sürəti ilə azalacaq

    Bakı. 13 dekabr. REPORT.AZ/ 2017-ci ilin ilk yarısından dünya neft ehtiyatları 2 dəfə azala bilər. "Report"un "Forexpf.ru" saytına istinadən verdiyi xəbərə görə, bu barədə "Bloomberg"in Beynəlxalq Energetika Agentliyinin (EİA) proqnozları əsasında hazırladığı hesabatda deyilir. 

    Hesabata əsasən, neft ehtiyatlarının azalması ancaq OPEC və ona üzv olmayan neft hasilatçısı ölkələrin dekabrın 10-da Vyanada gündəlik hasilatın 1,76 mln. barel azaldılmasına dair imzaladığı sazişin şərtlərinə tam olaraq əməl ediləcəyi təqdirdə mümkün olacaq. Bu halda 2014-cü ildən etibarən toplanan dünya neft ehtiyatları gündəlik 760 min barel sürəti ilə azalmağa başlayacaq. Bununla da 2017-ci ilin ilk 6 ayında neft ehtiyatları 46% və ya 300 mln. barel azalacaq.

    Agentliyin hesabatında həmçinin bildirilir ki, Vyana razılaşmasına əməl olunmaması ilə bağlı risklər də böyükdür. OPEC üçün əsas risk Liviya və Nigeriya kimi hasilatı azaltmaqdan azad olunan ölkələrin hasilatı artırmasıdır. Qeyri-OPEC ölkələri üçün isə əsas riskli ölkə Rusiya sayılır. Belə ki, Rusiya söz verdiyi 300 mln. barel/gün həcmində azalmanı 2017-ci ilin ilk rübünün sonunda tamamlayacağını bildirib.

    Lakin, əgər razılaşmaya tam əməl olunarsa EİA-nın proqnozlarına əsasən, dünya neft təklifi tələbdən 400 mln. barel geri qalacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi