Hindistan Venesueladan neft idxalını davam etdirir

Hindistan Venesueladan neft idxalını davam etdirir Bakı. 29 yanvar. REPORT.AZ/ Venesuelanın xam neftinin ən iri alıcısı olan Hindistan sözügedən ölkədə siyasi böhrana baxmayaraq, neft idxalını dayandırmayıb.
Energetika
29 Yanvar , 2019 19:18
Hindistan Venesueladan neft idxalını davam etdirir

Bakı. 29 yanvar. REPORT.AZ/ Venesuelanın xam neftinin ən iri alıcısı olan Hindistan sözügedən ölkədə siyasi böhrana baxmayaraq, neft idxalını dayandırmayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Hindistanın Xarici İşlər Nazirliyindəki mənbə bildirib.

“Bizim məlumata görə, Hindistan Venesuela neftinin ən böyük idxalçısı olaraq qalır. Hindistanda neft emalı ilə məşğul olan şirkətlər gündəlik 400 min bareldən artıq xam neft alır. Təbii ki, hadisələri diqqətlə izləyirik, amma əməkdaşlığımız dayandırılmayıb”, - deyən hindistanlı diplomat iki ölkə arasında enerji sektorunda əməkdaşlığın sürətlə inkişaf etdiyini qeyd edib. Belə ki, Hindistanda enerji ehtiyatlarına artan tələbatla bağlı bu ölkənin məhz Venesueladan xam neft tədarükünə getdikcə daha çox şirkəti maraq göstərir.

Xatırladaq ki, Venesuelada Prezident Nikolas Maduroya qarşı yanvarın 21-dən başlayan kütləvi etiraz aksiyaları əsnasında ayın 23-də Milli Assambleya sədri Xuan Quaydo özünü müvəqqəti dövlət başçısı elan edib. ABŞ başda olmaqla bəzi dövlətlər onu tanıdıqlarını açıqlayıblar.

Yanvarın 28-də ABŞ hökuməti Venesuelanın PDVSA dövlət neft şirkətinə qarşı sanksiyalar tətbiq etdiklərini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi