Hindistan şirkəti Azərbaycanda karbon kreditlərini idarə edilməsi üçün strateji partnyorunu müəyyənləşdirib
- 27 may, 2024
- 13:34
Yeniliklərdən dərhal xəbərdar olun!
Hindistanın dünya üzrə aparıcı karbon kredit təchizatçısı “EKI Enerji Servis” Şimali Amerika, Avropa və Avrasiya da daxil olmaqla Azərbaycanda blokçeynin tədqiqatı, inkişafı və marketinqi üzrə ixtisaslaşan “FARI Solutions” şirkətinin müştəriləri üçün karbon kredit xidmətlərini təqdim edəcəyini bildirib.
“Report” şirkətə istinadən xəbər verir ki, imzalanmış sazişə görə “FARI Solutions”ın öhdəliklərinə karbon kreditlərinin konseptuallaşdırılması, sənədləşdirilməsi, yoxlanılması, taqdim edilməsi və ticarəti daxildir.
“FARI Solutions” Hindistan şirkətinin strateji tərəfdaşı kimi çıxış edəcək və Azərbaycandakı müştəriləri üçün bütün karbon krediti prosesini idarə edəcək.
“Biz "FARI Solutions" şirkəti ilə bu yolda addımlamaqdan məmnunuq. Azərbaycanda dayanıqlı enerji təşəbbüslərini inkişaf etdirmək üçün təcrübəmizdən istifadə edəcəyik”, - “EKI Energy Services”in prezidenti Maniş Dabkara deyib.