Hindistan səfiri Pirallahı GES-ə səfər edib

Hindistan səfiri Pirallahı GES-ə səfər edib Səfiri ABOEMDA-nın sədr müavini Nurəli Yusifbəyli müşayiət edib
Energetika
9 Avqust , 2017 19:31
Hindistan səfiri Pirallahı GES-ə səfər edib

Bakı. 9 avqust. REPORT.AZ/ Hindistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sanjay Rana Pirallahı rayonunda yenicə istifadəyə verilən Pirallahı Günəş Elektrik Stansiyasına (GES) səfər edib. 

Bu barədə “Report”a Azərbaycan Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin (ABOEMDA) mətbuat xidmətindən məlumat verilib.

Səfiri ABOEMDA-nın sədr müavini Nurəli Yusifbəyli müşayiət edib.

Sanjay Rana əvvəlcə Pirallahı GES-in inzibati binası ilə tanış olub. Bundan sonra o, ərazidə quraşdırılmış günəş panelləri, 85 metr hündürlüyündə stasionar və “KamAZ” avtomobilinin bazasında səyyar inteqrə olunmuş Ölçü-Müşahidə Nəzarət Kompleksi ilə tanış olub.

Qurumun açıqlamasında deyilir ki, ümumi layihə gücü 12/8 MVt olan Pirallahı GES layihəsinin məqsədi Pirallahı rayonunda əhalinin və sosial obyektlərin yerli alternativ və bərpa olunan enerji mənbələri hesabına enerji ilə təmin etməkdir.

Görüşdə, həmçinin ABOEMDA sədrinin müavini Azərbaycanla Hindistan arasında yenilənə bilən enerji sahəsindəki əlaqələrin uğurla inkişaf etdiyini deyib.

Son xəbərlər

Orphus sistemi