Heydər Əliyev adına qazma qurğusunun bazar qiyməti müəyyənləşdiriləcək

Energetika
  • 26 iyul, 2022
  • 05:55
Heydər Əliyev adına qazma qurğusunun bazar qiyməti müəyyənləşdiriləcək

"Azerbaijan Rigs" MMC Heydər Əliyev adına yarımdalma qazma qurğusunun 2022, 2023 və 2024-cü illərin son vəziyyətinə bazar qiymətinin Vergi Məcəlləsinin 14.6.3.3-cü maddəsinin və Beynəlxalq Maliyyə Hesabatı Standartlarının tələblərinə uyğun olaraq müəyyənləşdirilməsi üçün müsabiqə elan edir.

“Report” xəbər verir ki, sorğuda iştirak etmək istəyənlər təkliflərini avqustun 10-u, saat 17:00-a qədər şirkətin yeləşdiyi Bakı şəhəri, Heydər Əliyev prospekti, 121 (“SOCAR Tower”) ünvanına təqdim edə bilərlər.

Maraqlanan təşkilatlar (012) 521-34-60 telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

"Azerbaijan Rigs" 2013-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 950 milyon manatdır. Şirkətin təsisçiləri 90 % payla Azərbaycan Dövlət Neft Fondu (ARDNF) və 10 % payla Azərbaycan Dövlət Neft Şirkətidir (SOCAR).