Yuxarı
    Bağlamaq

    "Hess" şrikəti 6 mlrd. dollar zərərlə üzləşib

    2016-cı ilin IV rübündə 4,89 mlrd. dollar xalis zərər yaranıb

    Bakı.26 yanvar.REPORT.AzZ/ “Hess” şirkəti (ABŞ) 2016-cı ilin IV rübündə 4,89 mlrd. dollar xalis zərərlə üzləşib.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, 2015-cı ilin IV rübündə şirkətin zərəri 1,82 mlrd. dollar təşkil edib.

    Şirkətin ötən ilin IV rübündə hasilatı 15% azalaraq gündəlik 311 min barel neft ekvivalenti olub.

    “Hess” şirkətinin 2016-cı il ərzində xalis zərəri isə 6,13 mlrd. dollar təşkil edib ki, bu da 2015-ci ildəki zərərdən 2 dəfə çoxdur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi