Hasilatla bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub

Hasilatla bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub Liviya və Meksika körfəzində hasilatla bağlı narahatlıqlar dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.
Energetika
14 Sentyabr , 2021 10:45
Hasilatla bağlı narahatlıqlar neftin bahalaşmasına səbəb olub

Liviya və Meksika körfəzində hasilatla bağlı narahatlıqlar dünya bazarlarında neftin bahalaşmasına səbəb olub.

“Report” “Prime” agentliyinə istinadən xəbər verir ki, Bakı vaxtı ilə saat 09.02-yə olan məlumata görə, Şimal dənizində hasil olunan “Brent” markalı neftinin noyabr fyuçersləri 0,63 % bahalaşaraq, 1 bareli 73,97 ABŞ dollarına satılıb. "WTI" markalı neftinin oktyabr fyuçerslərinin qiyməti isə 0,71 % bahalaşaraq, 1 bareli 70,95 ABŞ dolları təşkil edib.

Analitiklər Liviyada etirazçıların fəaliyyəti bərpa olunan “Es Sider” neft terminalını bağladıqlarını və bunun qiymətlərə təsir edəcəyini bildirirlər.

Bundan başqa, “Nikolas” qasırğasının Texas ştatı istiqamətində hərəkət etməsi bu ştatda neft emalı zavodlarının sıradan çıxmaq təhlükəsi yaradıb.

Son xəbərlər

Orphus sistemi