"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

"Harvey" tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb Benzin qiymətləri 2%-ə yaxın artıb
Energetika
23 Avqust , 2017 11:09
Harvey tropik qasırğası ABŞ-da benzini bahalaşdırıb

Bakı. 23 avqust. REPORT.AZ/ Meksika körfəzi sahillərində "Harvey" tropik qasırğasının şiddətlənməsi ehtimalının artması benzinin qiymətini artırmağa başlayıb. 

"Report" "Forexpf.ru" saytına istinadən xəbər verir ki, 87 oktanlı benzinin qiyməti 0,8% artaraq 1,563 dollar/qallon, digər benzin növləri isə 1,8% bahalaşaraq 1,6983 dollar/qallona (1 qallon - 3,785 litr) çatıb. 

Mayami ştatının Milli Qasırğa Mərkəzi "Harvey" qasırğasının sabah, avqustun 24-də 90% tam olaraq tropik qasırğaya çevriləcəyi barədə xəbərdarlıq edib. 

Qeyd edək ki, Meksika körfəzi sahillərində 7 mln. barel/gün gücə sahib olan 30 neftayırma zavodu fəaliyyət göstərir. Mərkəz cümə günü üçün şiddətli yağışların yağacağını bildirib. Gözlənilən daşqınların neft təchizatını axsatacağı ehtimal edilir. Hyuston ştatında benzinin topdansatış qiymətlərinin dünəndən etibarən yüksəldiyi qeyd edilir.

Son xəbərlər

Orphus sistemi