"Harvey" qasırğası ABŞ-da neft hasilatını kəskin azaldıb

"Harvey" qasırğası ABŞ-da neft hasilatını kəskin azaldıb Azalma nefti bahalaşdırmayıb
Energetika
8 Sentyabr , 2017 14:05
Harvey qasırğası ABŞ-da neft hasilatını kəskin azaldıb

Bakı. 8 sentyabr. REPORT.AZ/ ABŞ-dakı "Harvey" qasırğası nəticəsində ölkənin Alyaska ştatı istisna olmaqla digər 48 ştatda sutkalıq neft hasilatı 749 min barel azalaraq 8,781 mln. barelə düşüb. 

"Report" xəbər verir ki, bu barədə ABŞ-ın Energetika Nazirliyinin Enerji İnformasiyaları Agentliyi (EİA) məlumat yayıb. 

Məlumatda deyilir ki, neft hasilatının azalmasına baxmayaraq onun qiymətində ciddi dəyişiklik olmayıb. Analitiklər hasilatın hansı sürətlə bərpa olunacağını görmək istəyirlər. Əgər gələn həftə EİA-nın hesabatında hasilatda artım müşahidə olunmasa, bazarın buna reaksiya verəcəyi gözlənilir. 

Xatırladaq ki, mütəxəssislər "İrma" qasırğasının da Meksika körfəzində neft hasil olunan bölgələrə çatacağını proqnozlaşdırırlar. "Credit Suisse" bankının analitikləri qasırğanın 125 mlrd. dollar zərər vura biləcəyini, bunun 100 ilin ən güclü qasırğası olacağını ehtimal edirlər. 

Son xəbərlər

Orphus sistemi