"Halliburton"un rüblük zərəri 4 dəfəyə yaxın artıb

"Halliburton"un rüblük zərəri 4 dəfəyə yaxın artıb Bu ilin I rübündə qazma qurğularının sayında tarixi azalma müşahidə olunub
Energetika
4 may 2016 15:30
Halliburtonun rüblük zərəri 4 dəfəyə yaxın artıb

Bakı. 5 may. REPORT.AZ/ Bu ilin I rübünü "Halliburton" neft servis şirkəti 2,42 mlrd. dollar həcmində zərərlə başa vurub. Ötən ilin I rübündə isə şirkətin zərəri 643 mln. dolar olub. "Report" xəbər verir ki, bu barədə şirkətin hesabatında qeyd olunub.

Hesabat "Halliburton" şirkəti ilə "Baker Hughes" şirkətinin aktivlərinin birləşdirilməsindən imtina edilməsindən sonra açıqlanıb.

"Halliburton" şirkətinin hesabatına görə, şirkətin tamamlama və hasilatdan gəlirlərində 2,3 mlrd. dollar, qazma və qiymətləndirmədən isə 3 dəfə, 1,9 mlrd. dollara qədər azalma qeydə alınıb.

Şirkətin açıqlamasına görə, bu ilin I rübündə qazma qurğularının sayında tarixi azalma müşahidə olunub.

Son xəbərlər

Orphus sistemi