“Halliburton” Hyustonda min əməkdaşını ixtisar edib

“Halliburton” Hyustonda min əməkdaşını ixtisar edib ABŞ-ın “Halliburton Inc” şirkəti neftin kəskin ucuzlaşması fonunda Texas ştatının Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.
Energetika
8 May , 2020 15:58
“Halliburton” Hyustonda min əməkdaşını ixtisar edib

ABŞ-ın “Halliburton Inc” şirkəti neftin kəskin ucuzlaşması fonunda Texas ştatının Hyuston şəhərindəki mənzil-qərargahında min nəfər əməkdaşını ixtisar edib.

“Report”un xarici saytlara istinadən verdiyi məlumata görə, bu barədə bəyanatında neft şirkətinin mətbuat katibi Emili Mir bildirib.

Ümumilikdə Hyustondakı mənzil-qərargahda 4.5 min əməkdaş çalışır. Bununla da, ixtisar “Halliburton”un ümumi heyətinin 22 faizini təşkil edib.

“Belə bir qərar qəbul etmək çox çətin idi, ancaq bu, çox lazımlı idi. Çünki biz müştərilərin işgüzar fəallığının azalmasına uyğun olaraq işimizi tənzimləməliyik", - deyə Mir bildirib.

O, Hyustondakı işçi heyətinin ixtisarını koronavirus və əmtəə qiymətlərinin görünməmiş dərəcədə azalması ilə izah edib.

Xatırladaq ki, martda şirkət artıq Hyustonda 3.5 min əməkdaşın məcburi ödənilməyən məzuniyyətə göndərilməsi ilə bağlı qərar qəbul edib. Bundan başqa, “Halliburton” Oklahoma ştatında əməkdaşlarının ixtisarı və top-menecerlərin əməkhaqlarının azaldılması ilə bağlı qərar qəbul edib. 

Son xəbərlər

Orphus sistemi