Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq Təmir müddətində işlərin iki rayonun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür
Energetika
13 Dekabr , 2016 17:20
Hacıqabul və Ağdaş magistral qaz kəmərlərində təmir aparılacaq

Bakı. 13 dekabr. REPORT.AZ/ Dekabrın 14-də saat 10:00-dan 15:00-dək Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Qaz İxrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Qubaxəlilli”, saat 10:00-dan 18:00-dək Ağdaş magistral qaz kəmərləri sahəsinin “Yaqublu” qazpaylama stansiyalarında və bəzi ölçü qovşaqlarında cari təmir işləri aparılacaq.

“Report”un SOCAR-a istinadən verdiyi xəbərə görə, təmir müddətində aparılan işlərin saat 10:00-dan 15:00-dək İsmayıllı rayonunun, 10:00-dan 18:00-dək Oğuz rayonunun bir hissəsinin qaz təchizatına təsir göstərməsi mümkündür.

Son xəbərlər

Orphus sistemi