Yuxarı
    Bağlamaq

    ​Hacıqabul, Siyəzən, Ağdaş və Astara magistral qaz kəmərləri sahələrində təmir aparılacaq

    Aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının da qaz təchizatına təsir göstərməsi mümkündür

    Bakı. 11 avqust. REPORT.AZ/ Avqustun 12-də saat 10:00-dan 18:00-dək Cəlilabad rayonunun Günəşli, Alar, Qarazəncir, Göytəpə, Lənkəran rayonun Liman, Boladil, Separadi, Şağlaser kəndləri, həmçinin Ələt və Qobustan qəsəbələrinin qaz təchizatında məhdudiyyətlər olacaq. Bu barədə "Report"a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətindən məlumat verilib.

    Məhdudiyyətlərin Qaz ixrac İdarəsinin Hacıqabul magistral qaz kəmərləri sahəsinin “Mədrəsə”, “Şamaxı”, “Ələt” və ''Qobustan'', Siyəzən magistral qaz kəmərləri sahəsinin “Xaçmaz” və “Xudat”, Ağdaş magistral qaz kəmərləri sahəsinin “Goranboy”, Astara magistral qaz kəmərləri sahəsinin ''Günəşli'', “Göytəpə” və ''Xarxatan'' qazpaylama stansiyalarında, eləcə də bəzi ölçü qovşaqlarında aparılacaq carı təmir işləri ilə əlaqəli olduğu deyilir.

    Qeyd edək ki, aparılan işlərin Naftalan, Goranboy, Şamaxı, Xaçmaz və Xudat rayonlarının da qaz təchizatına təsir göstərməsi mümkündür.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi