Yuxarı

​H.Əliyev аdına BNEZ beynəlxalq mükafata layiq görülüb

Zavodda neftin emalı dərinliyi ən yüksək həddə - 92,5%-ə çatdırılıb.

Bakı. 8 dekabr. REPORT.AZ/ Almaniyanın paytaxtı Berlin şəhərində “World Refining Association” şirkətinin təşkilatçılığı ilə dünyanın aparıcı neft emalı və neft kimya müəssisələrinin (UOP, Honeywell, ESCORT, FLUOR, MAGICROT və s.) növbəti 18-ci beynəlxalq konfransı keçirilib. Bu barədə "Report"a ARDNŞ-nin mətbuat xidmətindən məlumat verilib.

Hər ilin dekabr ayında ənənəvi olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) daxil olan ölkələrin neft emalı və neft kimya sənayesinə həsr olunan beynəlxalq konfrans zamanı bu sahənin mövcud durumu və gələcək inkişaf perspektivləri haqda müzakirələr aparılır, tətbiq olunan yeni texnologiyalar haqda məruzələr edilir.

Konfransda ARDNŞ-nin Hеydər Əliyev аdına Bakı Neft Emalı Zavodunun direktoru Elman İsmayılov rəhbərlik etdiyi müəssisənin hazırki vəziyyəti və Avropa standartlarına cavab verən məhsulların istehsalı istiqamətində qarşıya qoyulmuş vəzifələr haqqında çıxış edib, zavodun əsas texnoloji qurğularının inkişaf perspektivləri barədə iştirakçılara məlumat verib.

Onun sözlərinə görə zavodda neftin emalı dərinliyi ən yüksək həddə - 92,5%-ə çatdırılıb. Daha sonra o, Avropa standartları səviyyəsində yanacaqların keyfiyyətinin yaxşılaşdırılması sahəsində ixtisaslaşmış xarici şirkətlərin dəstəyi ilə zavodun texnoloji qurğularında bir sıra rekonsturksiya işlərinin aparılmasına və yeni qurğuların inşasına start verildiyini qeyd edib.

Ənənəvi olaraq 3 nominasiya üzrə mükafatlar verilən konfransda H.Əliyev аdına BNEZ “Ən yaxşı neft emalı müəssisəsi” nominasiyası üzrə beynəlxalq mükafata layiq görülüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi