"Gürgan dəniz" yatağının ehtiyatları yenidən hesablanacaq

"Gürgan dəniz" yatağının ehtiyatları yenidən hesablanacaq Bundan sonra yatağın işlənmə layihəsi hazırlanacaq
Energetika
7 Noyabr , 2017 16:46
Gürgan dəniz yatağının ehtiyatları yenidən hesablanacaq

Bakı. 7 noyabr. REPORT.AZ/ "Gürgan dəniz" yatağının ehtiyatları yenidən hesablanacaq.

"Report" xəbər verir ki, bunu SOCAR şirkətinin "Abşeronneft" NQÇİ-nin rəisi Şahmar Hüseynov bildirib.

İdarə rəisi qeyd edib ki, bundan sonra yatağın işlənmə layihəsi hazırlanacaq.

Onun sözlərinə görə, "Abşeronneft" NQÇİ-nin gələcək üçün böyük perspektiv planları var: "İstismara yeni daxil olmuş "Qərbi Abşeron", eləcə də "Darvin bankası", "Abşeron bankası" yataqlarında yeni özüllərin tikilməsi, 115 il istismar edilən "Pirallahı" yatağının dayazsulu hissəsində torpaq özüllərin salınmasının davam etdirilməsi əsas prioritet məsələlərdəndir".

"Gürgan dəniz" yatağı Xəzər dənizində - Abşeron arxipelaqının qərb hissəsində, Pirallahı adasından cənubda yerləşir. 1946-cı ildə “Gürgan dəniz” yatağında açıq dənizdə qazma işləri aparılması üçün ilk iribloklu özül qurulub.

Xatırladaq ki, “Abşeronneft” NQÇİ-nin əsası 1936-cı ildə qoyulub. İdarə Pirallahı adasında yerləşir. “Abşeronneft” NQÇİ “Pirallahı adası”, “Darvin bankası”, “Abşeron bankası”, “Gürgan dəniz”, “Qərbi Abşeron” yataqlarını istismar edir.

Son xəbərlər

Orphus sistemi