Yuxarı

Gürcüstanın neft idxalı azalıb, təbii qaz idxalı artıb

​Gürcüstanın neft idxalı azalıb, təbii qaz idxalı artıb

Gürcüstan bu ilin yanvar-sentyabr ayları ərzində 543 234,6 min dollar dəyərində neft və neft məhsulları idxal edib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ilkin hesabatında bildirilib.

Hesabat dövründə neft və neft məhsulları Gürcüstanın ən çox idxal etdiyi məhsulların arasında birinci yeri tutub. Bu məhsulların qonşu ölkənin ümumi idxalındakı payı 8,4% təşkil edib.

İllik müqayisədə Gürcüstanın neft və neft məhsulları idxalında 15,7% azalma qeydə alınıb.

İlin ilk doqquz ayı ərzində qonşu ölkənin idxal etdiyi təbii qazın ümumi dəyəri 223 155,2 min dollar təşkil edib. İdxal olunan təbii qazın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 8,8% artıb. Təbii qaz Gürcüstanın ümumi idxalında 3,4% paya sahib olub.  

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi