Gürcüstanın builki təbii qaz idxalının 91,2%-i Azərbaycanın payına düşəcək

Gürcüstanın builki təbii qaz idxalının 91,2%-i Azərbaycanın payına düşəcək Gürcüstanın cari ildə idxal edəcəyi təbii qazın 2 milyard 338 milyon kub metri və yaxud 91,2%-i Azərbaycanın payına düşəcək.
Energetika
24 İyun , 2020 12:49
Gürcüstanın builki təbii qaz idxalının 91,2%-i Azərbaycanın payına düşəcək

Gürcüstanın cari ildə idxal edəcəyi təbii qazın 2 milyard 338 milyon kub metri və yaxud 91,2%-i Azərbaycanın payına düşəcək.

“Report”un yerli bürosu xəbər verir ki, bu göstərici ölkənin İqtisadiyyat və Dayanıqlı İnkişaf Nazirliyinin 2020-ci il üzrə təbii qazın yenilənmiş idxal proqnozunda əks olunub.

Öncəki proqnoza görə, Gürcüstan Azərbaycandan 2 milyard 347,59 milyon kub metr təbii qaz tədarük etməyi nəzərdə tuturdu.

Azərbaycandan bu il idxal olunacaq həcmin 1 milyard 453 milyon kub metri Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), 884,29 milyon kub metri isə “Şahdəniz” yatağının payına düşəcək.

Sənəddə qonşu ölkənin bu il, ümumilikdə, 2 milyard 562 milyon kub metr təbii qaz tədarük edəcəyi qeyd olunub.

Gürcüstan Rusiyadan isə 200 milyon kub metr təbii qaz alacaq. Bu həcm qonşu ölkənin ümumi qaz tədarükünün 7,8%-nə bərabər olacaq.

Son xəbərlər

Orphus sistemi