Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərc 11 % azalıb

Energetika
  • 20 sentyabr, 2024
  • 11:20
Gürcüstanın Azərbaycandan yanacaq və sürtkü yağı idxalına çəkdiyi xərc 11 % azalıb

Bu ilin yanvar-avqust aylarında Gürcüstan Azərbaycandan 224 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağı idxal edib.

“Report”un Gürcüstanın Milli Statistika İdarəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, bu, ötən ilin eyni dövrünün göstəricisindən 11 % azdır.

Beləliklə, Azərbaycan Gürcüstana yanacaq və sürtkü yağları tədarük edən ölkələr sırasında 2-ci yerdə qərarlaşıb.

Təkcə avqustda Gürcüstan Azərbaycandan 25,23 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb. Bu, bir əvvələ nisbətən 2 % çoxdur.

Bu ilin ilk 8 ayında Gürcüstan xarici ölkələrdən 1 milyard 198 milyon ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bu da 1 il əvvəlki göstəricidən 11 % çoxdur.

Hesabat dövründə Gürcüstan Rusiyadan 517,2 milyon ABŞ dolları, Bolqarıstandan 106 milyon ABŞ dolları, Rumıniyadan 93,2 milyon ABŞ dolları, Türkiyə 51 milyon ABŞ dolları dəyərində məhsul idxal edib.

Xatırladaq ki, 2023-cü ildə Gürcüstan xaricdən 1,7 milyard ABŞ dolları dəyərində yanacaq və sürtkü yağları alıb ki, bunun da 0,4 milyard ABŞ dolları Azərbaycanın payına düşüb.

44 filmi